Özgü və Özcanın rol alacağı serialla bağlı yeni xəbər

Uzun müddətdən sonra ekranlara qayıtmağı planlaşdıran aktrisa Özgü Namal Özcan Dənizlə eyni serialda rol alacaq.

Özgü və Özcanın rol alacağı serialla bağlı yeni xəbər
Uzun müddətdən sonra ekranlara qayıtmağı planlaşdıran aktrisa Özgü Namal Özcan Dənizlə eyni serialda rol alacaq.

meqale.com axşam.az-a istinadən bildirir ki, onlar birlikdə "Kızıl goncalar" serialında çəkiləcəklər. Bu dəfə isə serialın rejissorunun adı açıqlanıb.

Faruk Turgutun imza atacağı serialın ssenarisini Necati Şahin yazıb. FOX TV-də efirə gedəcək ekran işinin rejissoru Ömür Atay olacaq. 

Qeyd edək ki, Özcan son olaraq "Seni çok bekledim" serialında rol alıb.