Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyindən vəfat edən qızı Nərmin Əsədovanın dəfn yeri məlum olub.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
N.Əsədovanın 3 mərasimi Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, N.Əsədova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun 5 övladı var.
Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb.