Öncə Diniyev, ardınca Şeydayev
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"un yeni baş məşqçisi bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Türkiyə 1-ci liqa klubunu Mustafa Gürsel çalışdıracaq.
Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. 49 yaşlı Gürsel bundan öncə millimizin digər üzvü Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor"u çalışdırıb.