Oleq Bakinski ev dustaqlığına buraxıldı

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.

Oleq Bakinski ev dustaqlığına buraxıldı
Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədənkənar keçirilən iclasda belə qərar qəbul edib. 

Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.

Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.