"O qədər dediniz ki, dodağımı balacalaşdırdım"

Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münasibət bildirib.

Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münasibət bildirib.

meqale.com xəbər verir ki, sosial şəbəkədə dodaqlarının böyük olması barədə tez-tez ünvanlanan tənqidlərə reaksiya göstərən ifaçı müdaxilə etdiyini təsdiqləyib.

Sənətçi bildirib ki, izləyicilərin uzun müddətdir davam edən şərhlərindən sonra dodaqlarındakı dolğunu kiçildib:

"İstəyirəm ki, görəsiniz. O qədər dediniz ki, artıq dodağımı balacalaşdırdım. Təbii dolğunu tamamilə əritdik. Məncə, bu dəfə idealdır. Bundan da balaca etdirməyəcəyəm, əl çəkin".

Aysun İsmayılova həmçinin saçlarında da dəyişiklik etdiyini deyib:

"Bu arada saçıma da əl gəzdirdik".

İfaçının paylaşımı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Bir qrup izləyici yeni görünüşü bəyənərkən, digərləri dəyişiklik barədə fərqli şərhlər yazıblar.