Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?

Sənətçilərin 50 faizindən çoxu öz musiqilərində süni intellektdən istifadəni gizlətməyə üstünlük verdiyi üzə çıxıb.

Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?
Sənətçilərin 50 faizindən çoxu öz musiqilərində süni intellektdən istifadəni gizlətməyə üstünlük verdiyi üzə çıxıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə qlobal musiqi studiyaları şəbəkəsi "Pirate" Böyük Britaniya, ABŞ və Almaniyadan olan 1141 musiqiçi arasında sorğu keçirib.

Respondentlərin 25%-i artıq öz kompozisiyalarında neyron şəbəkələrdən istifadə etdiklərini etiraf edib. İştirakçıların qalan dörddə üçünün 46%-i gələcəkdə süni intellektlə işləməyə cəhd edəcəklərini bildiriblər.

Respondentlərin ümumi sayından musiqiçilərin 53%-i layihələrində süni intellektdən istifadəni gizlədəcəklərini etiraf edib.