Moskva merinin qərarı: iyunun 26-da...
Rusiyanın paytaxtı Moskvada iyunun 26-sı qeyri-iş günü elan edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün rəsmi "Telegram" kanalında məlumat verib. O, ölkədəki mürəkkəb vəziyyətlə əlaqədar iyunun 26-ı, yəni bazar ertəsi gününü qeyri-iş günü elan edib.
"Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim", - mer vurğulayıb.
Sobyanin şəhər xidmətlərinin yüksək hazırlıq rejimində işləyəcəyini diqqətə çatdırıb və paytaxt əhalisini küçəyə çıxmaqdan çəkinməyə çağırıb.