Messinin Floridadakı heyrətamiz malikanəsinin FOTOları

"İnter Mayami" klubunun 36 yaşlı argentinalı hücumçusu Lionel Messinin dəbdəbəli malikanəsinin fotoları internetdə yayılıb.

Messinin Floridadakı heyrətamiz malikanəsinin FOTOları
"İnter Mayami" klubunun 36 yaşlı argentinalı hücumçusu Lionel Messinin dəbdəbəli malikanəsinin fotoları internetdə yayılıb.

2023-cü ildə "Qızıl top"un qalibi Floridada yaşayır. "Daily Mail"ə bildirir ki, dəbdəbəli malikanədə 10 yataq otağı, spa, fitnes zalı, üzgüçülük hovuzu, iki qayıq limanı və nəhəng terras var.

Messi 2023-cü ilin sentyabrında ABŞ-da malikanə alıb. Onun evinin 10,75 milyon dollar dəyərində olduğu bildirilir.

Maraqlıdır ki, Lionelin yanında onun komanda yoldaşı və yaxşı dostu Serxio Busqets yaşayır. Sea Ranch Lakes sahilində yerləşən evinin qiyməti 9 milyon dollardır.

Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimidir. Əfsanəvi futbolçu ildə təxminən 50 milyon dollar qazanır. /Publika.az/