Messi “Barselona”ya qayıdır? - Klub prezidenti AÇIQLADI

"Barselona"nın prezidenti Xuan Laporta komandanın sabiq hücumçusu Lionel Messinin mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

meqale.com xəbər verir ki, Laporta bu barədə "Mundo Deportivo"ya açıqlama verib:

"Bəzi məsələlər istədiyimiz kimi getmədi. Əgər aramızdakı qarşılıqlı hörmət müəyyən şeyləri düzəldə bilsəydi, bu, əlbəttə, yaxşı olardı. Lakin Messinin futbolçu kimi kluba qayıdacağı barədə deyilənlər həqiqəti əks etdirmir", - klub rəhbəri deyib.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, 778 oyuna çıxaraq 672 qol vurub və 303 qol ötürməsi ilə yadda qalıb. Argentinalı ulduz 10 dəfə La Liqa, 7 dəfə İspaniya Kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.