Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı
Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.

meqale.com-ın məlumatına görə, TMZ bu xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, 34 yaşlı Viktoriya cümə axşamı səhər saatlarında hotel otağında tapılıb.

Hadisə ilə bağlı dərhal polis əməkdaşları və məhkəmə-tibbi ekspert hadisə yerinə cəlb olunub. Hazırda ölümün dəqiq səbəbi açıqlanmayıb və araşdırma aparılır.