Meşə yanğını başladı, 4 helikopter ərazidədir

Türkiyənin Adana vilayətində meşə yanğını olub.

Meşə yanğını başladı, 4 helikopter ərazidədir
Türkiyənin Adana vilayətində meşə yanğını olub.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Çukurova mahalında meşəlik sahədə çıxan yanğına havadan və qurudan müdaxilə edilir.

Hadisə yerinə 4 helikopter və çoxlu sayda yanğınsöndürən texnika cəlb olunub.

Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.