Məhşur sosial şəbəkə Rusiyada bloklandı
Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifadə edildiyi iddiası ilə giriş məhdudlaşdırılıb. Bildirilib ki, tətbiq terror fəaliyyəti təşkil etmək və dələduzluq məqsədilə istifadə olunur.
meqale.com xəbər verir ki, Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) açıqlamasında oktyabr ayından bəri "Snapchat"da yaşanan giriş problemləri ilə bağlı məlumatlara yer verib. Qurum bildirib ki, tətbiq vasitəsilə ölkədə terror fəaliyyətləri təşkil etmək, icra etmək, iştirakçıları cəlb etmək, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətləri həyata keçirmək mümkün olur.
Məhz bu səbəbdən "Snapchat"a girişin tam şəkildə bloklandığı qeyd edilib.