Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb. 

Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA
Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb. 

meqale.com bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Qapqara" verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb. 

Kamranın "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə "dayı" ola bilmədi" sözlərinə Mehriban belə münasibət bildirib:  "Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var!?" 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun