Mbappenin transfer dəyəri artdı
"Real Madrid"in hücumçusu Kilian Mbappenin transfer qiyməti qalxıb.
meqale.com xəbər verir ki, futbolçunun transfer dəyərini "Transfermarkt" portalı açıqlayıb.
Portal Mbappeni 200 milyon avro qiymətləndirib. Beləliklə, onun dəyəri 20 milyon avro artıb.
Fransız forvard dəyər baxımından "Barselona"dan Lamin Yamal və "Mançester Siti"dən Erlinq Haalandla bərabərdir. Bu üç futbolçu dünyanın ən bahalı futbolçularıdır.
Onlardan əlavə, dünyanın ən bahalı oyunçuları beşliyinə "Real Madrid"in iki futbolçusu - Cud Bellinqem və Vinisius Junior daxil olub.