Maykl Ceksonun bu FOTOsu gündəm oldu
Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir müzakirələrə səbəb olan fotoşəklin Floridada bir malikanəyə baxış zamanı çəkildiyi açıqlanıb.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, pop ulduzunun keçmiş cangüdəni Met Fiddesə istinadən məlumat yayıb.
Fiddes bildirib ki, Maykl Cekson həmin vaxt Ceffri Epşteynin kimliyi barədə məlumatlı olmayıb. Onun sözlərinə görə, məqsəd sadəcə evlərə baxmaq olub:
"Biz müxtəlif evlərə baxırdıq. Maykl dostu Barri Gibbə daha yaxın olmaq üçün Palm Biçdə yaşamağı planlaşdırırdı. O dövrdə Epşteyn geniş tanınan biri deyildi".
Qeyd olunub ki, pedofiliya qalmaqalları ilə gündəmə gəlmiş maliyyəçi Epşteyn, Ceksonun 2003-cü ildə Palm Biçə etdiyi bir həftəlik səfər zamanı baxdığı mülklərdən birinin sahibi olub. Cangüdənin sözlərinə görə, fotoda müğənninin Epşteynin evində görünməsi tamamilə təsadüfi haldır.
Maykl Ceksonla təxminən on il çalışdığını deyən Met Fiddes əlavə edib ki, sənətçi bütün pərəstişkarlarına qarşı hər zaman nəzakətli olub və xatirə şəkli çəkdirməkdən imtina etməyib. Buna görə də həmin fotonun çəkilməsi xüsusi bir məna daşımır.