Ərəbistan səhrasında 30 il sonra ilk dəfə - VİDEO
Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.
meqale.com xəbər verir ki, ölkənin şimal bölgələrində, xüsusilə Tabuk vilayətində yerləşən dağlıq ərazilər qarla örtülüb, temperatur isə bəzi yerlərdə 0 dərəcədən aşağı düşüb.
Məlumata görə, Cəbəl əl-Lavz dağında yerləşən və təxminən 2 600 metr yüksəklikdə olan Trojena ərazisində qar və zəif yağış qeydə alınıb.
Eyni zamanda, ölkənin bir sıra bölgələrində güclü yağışlar qeydə alınıb.