Dərs vaxtı məktəb yandı
Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.
meqale.com xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a məktəbin direktoru Mirzəli Əliyev məlumat verib.
Onun sözlərinə görə, yanğın təhsil müəssisəsinin damında qısaqapanmadan baş verib.
Direktor söyləyib ki, hadisə ilə əlaqədar məktəbin bütün heyəti təxliyə olunub, əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğının qarşısı qısa müddət ərzində alınıb və yanğın söndürülüb:
"Heç bir xəsarət qeydə alınmayıb, hətta demək olar ki, bütün inventarları da zərər görməsin deyə çölə çıxardıq. Tədrisin davam etməsinə gəlincə isə, bununla bağlı kənddə mövcud olan boş ev müəyyən olunub. Onun sahibi ilə danışıqlar apararaq razılaşmışıq və tədris həmin evdə davam etdiriləcək".