“Fənərbağça” prezidentinin tanınmış aparıcı ilə biabırçı mesajları YAYILDI - FOTO
İstanbul Baş Prokurorluğu tərəfindən media sektorunu da əhatə edən narkotik istintaqı çərçivəsində həbs edilən xəbər aparıcısı Ela Rümeysa Cebeci təkcə hüquqi prosesi ilə deyil, iş adamı və "Fənərbağça" prezidenti Sadettin Sarana göndərdiyi mesajlarla da gündəmdədir.
meqale.com xəbər verir ki, məlum olub ki, S. Saran televiziya aparıcısının ad günündə onu evinə dəvət edib, sonra isə gələrkən özü ilə narkotik gətirməyi tələb edib. Ela Rümeysa Cebecinin cavabı belə olub: "Mən narkobaronam? Onu sən əkirdin axı... Bir-iki budağını qır, gətir".
Xanım aparıcı iş adamından arxasınca maşın göndərməyi xahiş edib: "Öz maşınımla gəlmək istəmirəm. O məhsulu dadandan sonra dağılıram, sükan arxasına keçə bilmirəm".
Sadettin Saran isə Ela Rümeysa Cebecidən tək gəlməməyi tələb edib: "Orada nə qədər qız varsa, hamısını gətir. Narahat olma, hamınıza bəs edərəm".
Mesajlarda yer alan "bağdan dərmək", "budaq" kimi ifadələrin narkotik maddələrə işarə etdiyi iddia olunub.
Sadettin Saran isə prokurorluğa verdiyi ifadədə mesajların zarafat və film replikalarından ibarət olduğunu bildirib:
"İzlədiyimiz bir filmdən ilhamlanaraq öz aramızda zarafat etmişik" .
Qeyd edək ki, hazırda həbsdə olan Ela Rümeysa Cebeci barəsində 1 ildən 5 ilə qədər həbs cəzası tələbi irəli sürülüb.