Manata təhlükə varmı? - Vüqar Bayramov açıqladı
"Mərkəzi Bank hazırda manatla bağlı hər hansı bir təhlükənin olmadığını bəyan edib. Təbii ki, bəzi ölkələrdə milli valyutanın məzənnələrinin ucuzlaşması bütövlükdə qonşu ölkələrin valyuta bazarına öz təsirini göstərir".
meqale.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Bakupost.az-a deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın yaydığı məlumata görə, praktiki olaraq prosesə nəzarət imkanları qorunub saxlanılır:
"Hazırda Mərkəzi Bank milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı bir risk görmür. Əlbəttə, növbəti dövrlərdə də manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma bunun üçün də ölkəyə daxil olan valyuta həcminin əvvəlki illərdə olduğu kimi mütəmadi olaraq artması olduqca vacibdir". Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu ilin ilk yarısında ölkənin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3,5 faizi Rusiyanın payına düşüb.