Maksim Medvedev: “Cavab matçına köklənməliyik”
"Əlbəttə ki, bizim üçün çox yaxşı nəticədir".
meqale.com xəbər verir ki, bu sözləri İdman.Biz-ə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.
Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Portuqaliyadakı oyunundan qayıdan Ağdam təmsilçisinin müdafiəçisi qarşılanma mərasimində matç barədə fikirlərini bölüşüb: "Böyük komandaya qarşı səfərdə oynamışıq. Uzun yol qət etmişdik, çox çətinliklər var idi. Futbolçular meydana canla, başla çıxdılar və yaxşı nəticə əldə etmək üçün əllərindən gələni etdilər. Hər şey bizim üçün yaxşı qurtardı. İndi cavab matçına köklənməliyik ki, Portuqaliyada etdiyimiz səhvləri təkrarlamayaq, daha yaxşı çıxış edək".