Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub - yenilənib - VİDEO - FOTO

00:11

Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub - yenilənib - VİDEO - FOTO
00:11

Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.

meqale.com xəbər verir ki, bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.

"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.

------------- 23:17 Liverpulun mərkəzində İngiltərə Premyer Liqasında "Liverpul" futbol klubunun qələbəsini qeyd etmək üçün toplaşan insanların üzərinə avtomobil çırpılıb.

meqale.com-ın məlumatına görə, bu barədə Mersisayd polisi məlumat yayıb.

"Avtomobil hadisə yerində saxlanılıb və həmin şəxs həbs edilib. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir", - deyə bildirilib.