“Lego”nun yaradıcısının nəticəsi səhmlərini fantastik qiymətə satdı
"Lego"nun yaradıcısının nəticəsi 47 yaşlı Sofi Kirk Kristiansen ("Lego"nun 75%-nə sahibdir) "Kirkbi A/S" şirkətinə məxsus qiymətli kağızları 930 milyon dollara satıb. Şirkətə onun qardaşı Tomas Kirk Kristiansen rəhbərlik edir.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Rbc.ru xəbər portalı məlumat yayıb.
"Kirkbi" bildirib ki, vəsait dividend kimi ödənilib və səhmlər ləğv edilib. Belə ki, digər ailə üzvləri ailə biznesindəki paylarını artırıblar.