Kiyev sonuncu böyük briqadasını döyüşə göndərir - Devid Eks
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rabotino kəndi ərazisinə sonuncu böyük ehtiyat bölməsini yerləşdirib. Bu, Kiyevi çətin vəziyyətə sala bilər.
meqale.com Axar.az-a istinadən bildirir ki, bunu "Forbes"in analitiki Devid Eks yazıb.
Onun sözlərinə görə, söhbət "Marder", "Strayker" zirehli maşınları, eləcə də "Çellencer" tankları ilə silahlanmış Ukrayna ordusunun strateji ehtiyatı olan 82-ci desant-hücum briqadasından gedir.
Analitik bildriib ki, 82-ci və 46-cı desant-hücum briqadaları Ukrayna Baş Qərargahının ehtiyatda saxladığı sonuncu ən böyük hərbi birləşmələr idi: