Kişidən ağılasığmaz hərəkət - 51 kişinin öz arvadını zorlamasını lentə aldı

Fransa sakini on il ərzində kişilərin arvadını necə zorladığını lentə almaqda günahlandırılıb.

Kişidən ağılasığmaz hərəkət -  51 kişinin öz arvadını zorlamasını lentə aldı
Fransa sakini on il ərzində kişilərin arvadını necə zorladığını lentə almaqda günahlandırılıb.

meqale.com oxuya istinadən bildirir ki, qanunsuz çəkilişlərdə 80-ə yaxın adam iştirak edib.

Bildirilir ki, yatmış fransız qadının zorlanması 2011-2020-ci illərdə Avinyon yaxınlığındakı Mazan kommunasında baş verib.

Məlum olub ki, 50 ildən artıq evli olan kişi yuxu dərmanını arvadının yeməyinə qarışdırıb, daha sonra yatmış qadını zorlamağa razılaşan kişiləri evinə dəvət edərək baş verənləri lentə alıb.

26-73 yaş arası ümumilikdə 51 nəfər cinsi zorakılıqda ittiham edilərək həbs edilib. Təqaüdçü onları tematik İnternet forumunda tapıb.

Kişinin kompüterində yüzlərlə kamera qeydləri aşkar olunub. Müstəntiqlər 83 şübhəli şəxs tərəfindən qadınlara qarşı 92 cinsi zorakılıq faktı müəyyən ediblər, lakin hələ də cinayətlərin bütün iştirakçıları üzə çıxarılmayıb.