İtkin kimi axtarılırdı, meyiti tapıldı
Hacıqabulda iki gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.
meqale.com xəbər verir ki, 72 yaşlı Qızılburun kənd sakini Xanzaman Məmmədov yaşadığı evin həyətində ağaclıq ərazidə ölmüş vəziyyətdə aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.