İstanbul zəlzələsində 1 nəfər ölüb
Özbəkistan vətəndaşı İstanbul zəlzələsi zamanı qorxudan həyatını itirib.
meqale.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Özbəkistanın Türkiyədəki Baş Konsulluğu tərəfindən Telegram kanalında verilib.
Verilən açıqlamada bildirilir ki:
"İlkin məlumatlara görə, bu faciəli hadisə İstanbulda baş verən zəlzələ zamanı binanın ən üst qatında olan vətəndaşımızın şiddətli qorxuya düşməsi nəticəsində baş verib."
Həmin şəxsin ürək çatışmazlığı olduğu qeyd olunub.