İraqlıların qızmar istiyə qarşı sərinləmə üsulu - FOTO

Temperaturun 50 dərəcəyə çatdığı İraqda yay günlərində elektrik enerjisinin saatlarla kəsilməsi əhalini çətin vəziyyətə salıb. Bəzi iraqlılar elektrik enerjisini məhəllə generatorlarından ödənişlə alırlar. Lakin bu generatorların əksəriyyəti yanacaq problemlərinə görə uzunmüddətli elektrik enerjisi verə bilmir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bağdadda əhalinin sıxlığının yüksək olduğu Sinek və Ələvi bölgələrindəki mağaza sahibləri günorta saatlarında qızmar istinin pik həddə çatdığı vaxtlarda yol kənarına yerləşdirilmiş "su çiləyən" ventilyatorlarla vətəndaşlara pulsuz soyutma xidməti göstərirlər.

Yoldan keçənlər bir anlıq da olsa, yandırıcı günəşdən xilas olmaq üçün özlərini ventilyatorların qarşısına atırlar.