İranda futbolçu öldürüldü
İranın "Mes Kerman" futbol klubunun gənclər komandasının qapıçısı Əlirza Şəhriyari Pənah ötən gün güllələnərək öldürülüb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu haqda İranın Kirman vilayətinin eyniadlı rayonunun polis rəisi mayor Mehdi Puraminayi deyib.
M.Puraminayinin sözlərinə görə, 24 yaşlı qapıçı ailə münaqişəsi zəminində yaxınlarıdnan biri tərəfindən ov tüvəngi ilə güllələnib.
İranlı polis deyib ki, futbolçuya 5 dəfə atəş açılıb. Yaralının xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.