"İnter Mayami" "Dallas"la bacarmadı
MLS klubu "İnter Mayami" ABŞ-da yoldaşlıq oyunu keçirilib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, rəqib meydanında "Dallas"la qarşılaşan floridalılar 0:1 hesabı ilə uduzub.
"İnter Mayami"nin start heyətində "Barselona"nın dörd keçmiş futbolçusu yer alıb: Lionel Messi, Luis Suares, Serxio Busqets və Jordi Alba. Bütün matçı yalnız Alba oynayıb, qalan ulduz legionerlər 64-cü dəqiqədə əvəzləniblər.
Qeyd edək ki, əvvəlki yoxlama oyununda Devid Bekhemin komandası Salvador millisi ilə heç-heçə edərək (0:0) qələbə qazana bilməyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun