"İnter"in oyunçusu 2 aylıq sıradan çıxdı

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

meqale.com xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.