İki təyyarə toqquşub, ölənlər var

Avstraliyanın şimal-şərqində yerləşən Kabulçer aedromunda iki yüngülmühərrikli təyyarə toqquşub.

İki təyyarə toqquşub, ölənlər var
Avstraliyanın şimal-şərqində yerləşən Kabulçer aedromunda iki yüngülmühərrikli təyyarə toqquşub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Kvinslend ştatının polis naziri Mark Rayan məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

"Ölənlərin hər ikisi eyni təyyarədə olub, digər təyyarədə olan şəxs isə yüngül xəsarətlər alıb", - deyə M.Rayan bildirib.

Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.