Rusiyada helikopter qəzaya uğradı - 6 nəfər öldü - VİDEO
Rusiyanın Altay Respublikasında Mi-8 helikopteri eniş edərkən elektrik xəttinə dəyərək qəzaya uğrayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində altı nəfər ölüb.
8 nəfər xəsarət alıb, onlardan 3-ü ağır vəziyyətdədir.
Faktla bağlı araşdırma aparılır.