İkardinin bacısı səhvən dövlət medalı ilə təltif edildi - FOTO
Dünya Kubokunu qazanan İspaniya Qadınlardan ibarət Milli Komandanın kapitanı İvana Andresə verilməli olan "İdman Medalı" ad qarışıqlığına görə Mauro İkardinin bacısı İvanaya verilib.
meqale.com 32gün-ə istinadla xəbər verir ki, edilən səhvdən sonra rəsmi qəzetdə üzrxahlıq yazısı dərc olunub.
Mövzuya münasibət bildirən İvana İkardi, "Həqiqətən də oldu! Belə bir şeydə necə yanıla bilərdilər? Bu gün ad günümdən daha çox məni təbrik edən dost və tanışlara dözməli oldum. Buna görə də indi medal istəyirəm" - deyib.
Medalın əsl sahibi İvana Andres baş verənlərə münasibət bildirib.
Səhv düzəldildikdən sonra dövlət medalı Andresə verilib.