Hindistanda mağazada yanğın - 14 nəfər öldü
Hindistanın cənubundakı Karnataka ştatında mağazada baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Yanğın ştatın inzibati mərkəzi Banqalorun Attibele rayonunda qeydə alınıb. Zərərçəkənlər yerli xəstəxanaya aparılıb.
Ölənlərin əksəriyyəti mağaza işçiləridir.