Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü - 100-dən çox itkin düşən var

Hindistanın şimal-şərqindəki əyalətdə daşqın baş verib.

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü - 100-dən çox itkin düşən var
Hindistanın şimal-şərqindəki əyalətdə daşqın baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Hindustan Times" məlumat yayıb.

Əyalətin Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın olub.

Rəsmilər ilkin məlumatlara görə, seldə 14 nəfərin həyatını itirdiyini, 23-ü əsgər olmaqla 120 nəfərin itkin düşdüyünü açıqlayıb.