"Hər dəfə şəklini paylaşanda xəstələnirsən, amma..." - FOTO
Müğənni-bəstəkar Elçin Cəfərov oğlu Can ilə bağlı paylaşım edib.
meqale.com axşam.az-a istinadən bildirir ki, övladının fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşən sənətçi onun ad günün olduğunu bildirib:
"Bilirəm, hər dəfə şəklini paylaşanda xəstələnirsən, amma bölüşmək da istəyirəm. Allah səni və bütün balaları nəzərdən qorusun. Doğum günün mübarək! Can, yolun açıq olsun! Allah bizə Can verib. O oğuldur, hərdən bir də mənə ata olur".