Həmin "qara qutu"nun analizi nə vaxt tamamlanacaq?

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni məlumatlar paylaşılıb.

Həmin
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni məlumatlar paylaşılıb.

meqale.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, qəzaya səbəb olan amillərin müəyyən edilməsi üçün həm Gürcüstanda, həm də Ankarada genişmiqyaslı araşdırma aparılır.

Qəza araşdırma qrupunun Gürcüstanda işlərini davam etdirdiyi, istintaq tamamlandıqdan sonra təyyarənin hissələrinin Türkiyəyə gətiriləcəyi bildirilib. Daha sonra bu hissələr Kayseridəki təyyarə texniki xidmət müəssisələrində yoxlanılacaq.

Ankaradakı TAI obyektlərində isə təyyarənin iki qara qutusu üzərində ekspertiza aparılır. Qara qutulardan biri qəza anına aid səs yazılarını ehtiva edir. Digər qara qutu isə təyyarə sistemlərinin qeyd mexanizmlərini əks etdirir.

Qəzanın səbəblərinə işıq salmaq üçün qara qutularda qeydə alınmış 180 məlumat qeydi araşdırılır. Qara qutu analizlərinin həftənin sonuna qədər tamamlanacağı gözlənilir.