Həmin adət bizə ermənilərdən keçib - Yas və toy mübahisəsi böyüyür - AÇIQLAMA

"Toyun toy, yasın yas yeri var. Toyun öz adətləri, yasın da öz adətləri var. Bunlar gərək qarışdırılmasın. Hər ikisində əndazəni aşmaq olmaz".

Həmin adət bizə ermənilərdən keçib - Yas və toy mübahisəsi böyüyür - AÇIQLAMA
"Toyun toy, yasın yas yeri var. Toyun öz adətləri, yasın da öz adətləri var. Bunlar gərək qarışdırılmasın. Hər ikisində əndazəni aşmaq olmaz".

Bu sözləri meqale.com-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, bəzən toylarda qonaqlar əlində badə tutduğu halda masabəyi şəhidləri yad etmək haqda elan verir. Bu yerində olan adət deyil:

"Toy başlamamış Vətən yolunda canını fəda edən şəhidlərimizi sükutla yad etmək olar, yoxsa məclisin ortasında, mey məclisində deyil".

İlahiyyatçı həmçinin bildirib ki, bəzən də cavan adam vəfat edəndə toy kimi musiqi ansamblı dəvət edirlər. Qeyd edib ki, bu, Sovet vaxtı ermənilərdən keçib və onlar çox zaman musiqi ilə dəfn edirlər. Lakin İslama uyğun deyil.

"İstisna hallarda aşıqlar, şairlər öz vəsiyyəti əsasında sazla dəfn olunur, bunu hardasa başa düşmək olar. Amma onu da ənənəyə çevirmək, hamıya şamil etmək olmaz. Yoxsa yasa dəf, klarnet, qarmon gətirmək, cənazəni musiqi sədaları altında yola salmaq dini cəhətdən qəbahət sayılır".

T.İrfan hesab edir ki, milli və dini adətlərimizi təhrif etmək dinimizə də hörmətsizlikdir:

"Belə şeylər guya təskinlik üçün edildiyi deyilir, amma əksinə, bu daha da ağrını, acını, kədəri silinməz bir xatirəyə çevirib ağırlaşdırır. Həzrət Muhəmməd Peyğəmbər və onun Əhli Beytinin həyatında, buyuruqlarında musiqi ilə ölü dəfn etmək yoxdur. Müsəlman olduğumuz üçün gərək bu nümunələrə riayət edilsin".