Həkimlər niyə bölgələrdə işləmək istəmir? – Ekspert açıqlayır

Regionda fəaliyyət göstərən həkimlərin maaşı şəhərdə işləyən həkimlərin maaşından çoxdur. 

Həkimlər niyə bölgələrdə işləmək istəmir? – Ekspert açıqlayır
Regionda fəaliyyət göstərən həkimlərin maaşı şəhərdə işləyən həkimlərin maaşından çoxdur. 

meqale.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Buna baxmayaraq bölgələrdə hələ də həkim problemi var. 

Bəs niyə həkimlər bölgələrdə çalışmaq istəmir? 

Məsələ ilə bağlı bildirib ekspert Sübhan Hacıyev bildirib ki, buna səbəb tək maddiyyat deyil:

"Rayonlarda gərginlikdən əlavə sosiallaşma da zəif olduğu üçün bəzən həkimlər ora üz tutmurlar. Çünki həkim ziyalı təbəqədir və bu adam da istəyir ki, övladı normal məktəbdə oxusun, sosial həyat yaşasın. Rayonlarda isə sosiallaşma zəif olduğu üçün insanlar ailəsi ilə orada yaşamağa üstünlük vermirlər". 

O qeyd edib ki, problemin həlli istiqamətində kompleks tədbirlərin görülməsinə ehtiyac var:

"Bir sözlə bölgələrdə həkim çatışmazlığını təmin etmək üçün tək maddiyyat yox, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, tibb müəssələrinin texniki imkanlarının genişləndirilməsi, kariyera imkanlarının nəzərə alınması kimi imkanlar qiymətləndirilməlidir".