Azərbaycanlı gənc Monteneqroda faciəvi şəkildə öldü

26 yaşlı Azərbaycan vətəndaşı Tariverdi Nağıyev Monteneqroda qəzada dünyasını dəyişib.

Azərbaycanlı gənc Monteneqroda faciəvi şəkildə öldü
26 yaşlı Azərbaycan vətəndaşı Tariverdi Nağıyev Monteneqroda qəzada dünyasını dəyişib.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Monteneqronun Bijelo Polye-Mojkovac yolunda baş verib. Məlumata görə, Nağıyevin avtomobili yol kənarındakı səkiyə çırpılıb.

Yanğınsöndürənlər Azərbaycan vətəndaşını nəqliyyat vasitəsindən çıxarılmasında iştirak ediblər.

Qəzadan sonra o, təcili olaraq xəstəxanaya aparılıb. Xəstə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bijelo Polje Xəstəxanasında növbətçi həkim cəsədin məhkəmə-tibbi ekspertizasının aparılmasını təklif edib.