Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı

Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var.

Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı
Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var.

Bu barədə APA-nın sorğusuna cavab olaraq QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hər ikisi qadın cinsinin nümayəndəsi olan şəxslərdən biri 1939-cu il, digəri 2012-ci il təvəllüdlüdür.

Zəvvar qrupları Məkkəyə nə vaxt yola düşəcəklər?

Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i, ikinci qrup isə 26-ı Məkkəyə yola düşəcəklər.

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib?