Hakan Fidan Blinkenlə Bakı ilə İrəvan arasındakı münasibətləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.

Hakan Fidan Blinkenlə Bakı ilə İrəvan arasındakı münasibətləri müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Ukraynanın Bərpası Konfransı çərçivəsində bir araya gələn Hakan Fidan və Blinkenin müzakirə etdiyi məsələlər arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mövzusu da olub.

Görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.

Bir daha qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

meqale.com