Günəşdə nə baş verir?
Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası Günəşdə nadir ikiqat protuberans emissiyasının baş verdiyini açıqlayıb.
meqale.com xəbər verir ki, plazma axınlarının uzunluğu təxminən 1 milyon kilometr olub, onlardan biri maqnit təsiri ilə səkkiz fiquruna bənzər forma alıb.
Mütəxəssislər bu hadisənin Yer üçün təhlükəli olmadığını, protuberansların planetimizdən milyonlarla kilometr aralı keçəcəyini bildiriblər.