Goranboydan sel keçib, Ağdamın kəndlərinə dolu düşüb

Azərbaycanda mövcud hava durumu açıqlanıb.

Goranboydan sel keçib, Ağdamın kəndlərinə dolu düşüb
Azərbaycanda mövcud hava durumu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib.

Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.