G20 sammitində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə bilər
"Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə bilər.
meqale.com "report"a istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Danışıqların növbəti mərhələsi sentyabrda Nyu-Dehlidə keçiriləcək G-20 liderlərinin sammitindən əvvəl baş tutacaq.
Sammitə 40-dan çox ölkənin, o cümlədən inkişaf etməkdə olan ölkələrin, o cümlədən Hindistan, Braziliya, İndoneziya, Misir və Meksikanın nümayəndələri dəvət olunub.