Futbol tarixinin ən bahalı transferləri

Futbol tarixində inflyasiya nəzərə alınmaqla ən bahalı transferlərin siyahısı məlum olub.

Futbol tarixinin ən bahalı transferləri
Futbol tarixində inflyasiya nəzərə alınmaqla ən bahalı transferlərin siyahısı məlum olub.

meqale.com xəbər verir ki, "TransferRoom"un hesabatına əsasən, braziliyalı ulduz Neymarın 2017-ci ildə "Barselona"dan PSJ-yə keçidi 342,8 milyon avro dəyəri ilə siyahıya başçılıq edir.

İkinci pillədə fransız futbolçu Kilian Mbappe yer alıb. Onun 2018-ci ildə "Monako"dan PSJ-yə 263,3 milyon avroya baş tutan transferi futbol tarixində ən bahalı keçidlərdən biri hesab olunur.

Üçüncü yerdə isə 2017-ci ildə "Borussiya Dortmund"dan "Barselona"ya 228,6 milyon avroya transfer olunan Usman Dembele qərarlaşıb.

İlk beşliyə həmçinin Filipp Koutinyonun "Liverpul"dan "Barselona"ya 197,5 milyon avroya, eləcə də Cek Qrilişin "Aston Villa"dan "Mançester Siti"yə 175,2 milyon avroya keçidləri daxildir.

2025-ci ilin ən bahalı transferi isə hücumçu Aleksandr İsaka məxsusdur. İsak "Nyukasl"dan "Liverpul"a 140 milyon avroya transfer olunub və ümumi siyahıda 12-ci pillədə yer alıb.