Fransanın müstəmləkəsi genosidlə başladı - Afrikalıları deportasiya etdilər

Fransanın müstəmləkəsi genosidlə başladı. Afrikalıları deportasiya etdilər.

Fransanın müstəmləkəsi genosidlə başladı - Afrikalıları deportasiya etdilər
Fransanın müstəmləkəsi genosidlə başladı. Afrikalıları deportasiya etdilər.

Bu barədə Trend-ə özəl açıqlamasında Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.

"2023-cü ilə qədər Fransa Qviananı hərbi müstəmləkə altında saxlayır. Bugün istəyirik ki, Qviananı müstəmləkədan azad edək və sənəddlərdə belə qəbul edilsin. Biz digər ölkələrdən də dəstək almaq istəyirik. Bugün müstəmləkəçiyilin nəticəsində dramatik vəziyyət yaranlb. Fransa yerli əhalini yoxsullaşdırmaq istəyir. Öz resursrlarımızdan istifadəyə mane olur. Beynəlxalq müstəvidə Fransa bizi hər sahədə blokadaya salıb. Biz yalnız Fransanın tarixini, coğrafiyasını öyrənirik. Biz öz qanun və hüquqlarımızdan istifadə edə bilmirik. Səsvermə hüququmuz belə Fransa tərəfindən yekdilliklə rədd edilib", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.

meqale.com