Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir - Jan Viktor Kastor
Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda tədbir sonrası keçirilən mətbuat konfransı zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jan Viktor Kastor deyib.
"Jurnalistlərə işlərini görməyə mane olurlar. Makronun siyasəti tamamilə öz xalqı tərəfindən belə qəbul edilmir. Fransa da nə insan haqları nə də söz azadlığı var. Fransa heç bir zaman demokratik ölkə olmayıb. Sadəcə demokratiyanı satır",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.
meqale.com