Fransada hazırda baş verən iğtişaşlar sosial vəziyyətin təzahürüdür - Jean Victor Castor
Fransada hazırda baş verən iğtişaşlar sosial vəziyyətin təzahürüdür.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda tədbir sonrası keçirilən mətbuat konfransı zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.
"Artıq 4-cü nəsildir ki, Fransa siyasətindən əziyyət çəkir. Biz hər birimiz Fransa siyasətinin qurbanlarıyıq. Polis hərəkatına qarşı fikir bildirsək də, Makron deyəcək "Xeyr elə bir şey yoxdur". Fransada öldürülən gəncin milliyəti əsas deyil. Əsas olan odur ki, bir gənc öldürülüb. Fransa zorakılığı hələ də davam edir",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.
meqale.com