Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr olunmuş konsert baş tutub - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr olunmuş konsert baş tutub.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Daha sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor Qrupunun (xormeyster - Naala Baratelia) müşayiəti ilə solistlər Orxan Hüseynli (xanəndə), Almaz Orucova (xanəndə), Vəfa Vəzirova (xanəndə), Xəyyam Məmmədov (kamança), Nurlan Əzizbəyli (vokal), Nurlana Abdullayeva (vokal), Rəvanə Qurbanova (xanəndə), Xatirə Gülməmmədli (saz), Rəşad Həsənzadə (bariton), Səbinə Əlizadə (soprano), Taleh Yahyayev (bariton) dinləyicilər qarşısında çıxış edib. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnısı səslənib.